“Abak-Az Crowe” Logistik proqram təminatı üzrə seminar keçirdi

09.10.2018,15:52


9 oktyabr, Fineko/abc.az. 08 oktyabr 2018-ci il tarixində keçirilmiş“Abak-Az Crowe Ltd”(Azərbaycan) və “Rasner” (İsrail) firmalarının birgə layihəsi “Ehtiyatların İdarə olunması və Təchizat Zənciri üzrə Proqram Təminatı” seminarı uğurla həyata keçirildi. Seminarda bir sıra şirkətlər iştirak etdi.Yeni idarəetmə aləti təqdim edildi, daha sonra təqdim edilən proqramla bağlı müzakirələr oldu.

Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatların yaratdığı yeni çətinliklər, müasir innovativ texnologiyalar əsasında həll olunur. Bura idarəetmə sahəsində yeni standartların təqdim olunması, xüsusən də logistika və müştəri xidməti, paylama sistemlərinin planlaşdırılması və optimallaşdırılması, ticarət agentlərinin idarə edilməsi, məcburi monitorinq və operativ uçot vasitəsilə  daxil olan sifariş və ehtiyatların daşınması və marşrutlaşdırılması aiddir.

Dünyanın çoxsaylı böyük şirkətləri bu kimi problemlərin həlli üçün məhz təqdim edilən proqramlardan istifadə edirlər.

Seminar haqqında bütün əlavə məlumatları aşağıda qeyd edilən linkə daxil olaraq əldə edə bilərsiniz:

https://www.facebook.com/groups/342371593170776

Açar sözlər: Abak-Az Crowe seminar