“Turkish Airlinesi ” şirkət Azərbaycan Turizm Assosiasiyasının üzvü oldu

16:54 - 9.10.2018


9 oktyabr, Fineko/abc.az. Türkiyənin  “Turkish Airlines” aviaşirkəti  Azərbaycan Turizm Assosiasiyasının (AZTA) tamhüquqlu üzvü oldu.

AZTA-nın məlumatında deyilir ki, aviaşirkətin üzvlüyü ilə bağlı danışıqlar bir müddət davam etmişdir,  “Turkish Airlines” şirkəti “Azərbaycan Hava Yolları” ASC-dən (AZAL) sonra  Assosiasiyanın  üzvü olan ikinci şirkət oldu.

“AZTA rəhbəri Nahid Bağırov “Türk Hava Yolları” aviaşirkətinin Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyasa xüsusi üzvlük serifikatını təqdim etdi. Şirkətin, “Türk Hava Yolları” Azərbaycanda turizm sektorunun inkişafına öz tövhəsini verəcəyinə ümidvar olduğunu bildirdi. Seyfullah İlyas isə oz növbəsində qeyd etdi ki, “Turkish Airlines” Azərbaycanda turizmin inkişafında bundan sonra da fəal iştirak edəcək”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər