Maliyyə Nazirliyi 30 milyon manat həcmində DQİ yerləşdirdi

09:58 - 10.10.2018


10 oktyabr, Fineko/abc.az. Ötən gün Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət qısamüddətli istiqrazlar (DQİ) satıb. 

BFB xəbər verir ki, oktyabrın 9-da  AZ0105015694 nömrəli, 30 milyon manat həcmində və tədavül müddəti 728 gün olan DQİ buraxılışı yerləşdirilib. 

6 investordan  43 802,5 min manat məbləğində 10 sifariş daxil olmuşdur. Sifarişlər bir istiqraza 93,0697 AZN-dən (gəlirlik 12,0000%)  101,8365 AZN-ə (7,0000%) qədər qiymət intervalında təklif edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən, kəsmə qiyməti 100,1817 AZN (gəlirlik 7,9000%), orta ölçülmüş qiymət isə  101,8035 AZN (7,0177%) səviyyəsində müəyyən edilmişdir.

Nəticədə 30 milyon manatlıq istiqrazlar yerləşdirilib.

DQİ-nin ödəmə tarixi: 6 oktyabr 2020-ci il.

 

Bütün xəbərlər