Azərbaycan neftinin qiyməti 1,21 dollar yüksəldi

10:41 - 10.10.2018


10 oktyabr, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  1,21 dollar (1,42%) yüksəlib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 86,49 dollar təşkil edir.

9 oktyabr tarixində keçirilən ticarətin nəticəsində “NYMEX” birjasında  “WTI” markalı neftin noyabr fyuçersinin qiyməti  0,67 dollar (0,9%) yüksələrək bir barelə 74,96 dollar təşkil etmişdir.

9 oktyabr   tarixində keçirilən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin dekabr fyuçersinin qiyməti  1,09 dollar (1,3%) yüksələrək  bir barelə 85,0 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi hazırda 10,04 dollar təşkil edir.

 

Bütün xəbərlər