Bakıda yeni binalarda evlərin qiyməti açıqlanıb

12:58 - 13.11.2017


13 noyabr, Fineko/abc.az. Hazırda Bakıda yeni mənzillərin qiyməti bir kvadrat metrə görə 660-5000 manat arasında dəyişir.

Bazardakı mənbədən verilən məlumata görə,  qiymətlər təmirin, çıxarışın olub olmamasınnan, eləcə də mənzilin yerindən asılı olaraq dəyişır.

“Ən ucuz təmirsiz yeni mənzillər Bakının Suraxanı, Xəzər rayonları və Xırdalan şəhərində təqdim olunur, ən bahalı mənzillər isə Səbail rayonun ərazisindədir – 5000 manat/m2, təmirli evlər hər kvadrat metrə üzrə 150-200 manat bahadır”, - deyə mənbə bildirib.

Çıxarışı olmayan təmirli yeni mənzillərin qiyməti 900 manatdan, təmirsiz amma çıxarışı olan mənzillərin qiyməti isə 800 manatdan başlayır. Həm təmirli, həm də çıxarışı olan evlərin qiyməti isə yerləşdiyi ərazidən aslı olaraq 1000-7000 manat təşkil edir.

 

Bütün xəbərlər