Bakı Ali Neft Məktəbində III Avrasiya konfransı keçiriləcək

15:47 - 10.10.2018


10 oktyabr, Fineko/abc.az. Bakı Ali Neft Məktəbində (BANM) Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (IAEE) təşkilatçılığı ilə “Xəzər və Mərkəzi Asiya regionunun enerji sənayesində  qlobal inkişafın nəticələri” mövzusunda III Avrasiya konfransı keçiriləcək. 18-20 oktyabr tarixlərində baş tutacaq konfrans BANM-ın təşkilatı dəstəyilə  həyata keçirilir.

Konfransda Avrasiya məkanında enerji təhlükəsizliyinə qlobal çağırışlar: tələb və təklif troblemi,  enerji bazarları və tənzimləmə, elektrik enerjisi təchizatının dayanıqlığı, Avrasiyada enerji səmərəliliyi: Ənənəvi enerji, alternativ enerji və istilik təchizatı, təbii qazdan istifadə: İnnovasiyalar və sənayenin inkişafı  kimi mövzulara toxunulacaq.

Konfransda nüfüzlu beynəlxalq təşkilat və şirkətlərlə yanaşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Energetika Nazirliyinin, SOCAR-ın, Bakı Ali Neft Məktəbinin, BP-nin, “Cənub Qaz Dəhlizi“ QSC-nin və digər müəssisə və şirkətlərin rəhbərlərinin iştirakı nəzərdə tutulur.

 

Bütün xəbərlər