İnflyasiya Azərbaycanda üç rüb ərzində 3% təşkil edib

16:10 - 10.10.2018


10 oktyabr, Fineko/abc.az. Yanvar-sentyabr aylarında Azərbaycanda inflyasiyanın səviyyəsi 2,6% təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə ərzaq malları 2,5%, qeyri-ərzaq məhsulları 3%, əhaliyə göstərilən xidmətlər isə 2,5% bahalaşmışdır.

“Sentyabr ayında, avqust ilə müqayisədə mallar və xidmətlər 0,2%, o  cümlədən, ərzaq məhsulları 0,4%, qeyri-ərzaq məhsulları 0,2%, xidmətlər 0,1% bahalaşıb”, - deyə Komitədən xəbər verildi.

 

Bütün xəbərlər