AMB 300 milyon manat həcmində qısamüddətli notlar yerləşdirib

17:17 - 10.10.2018


10 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

BFB-in məlumatına görə, oktyabrın 10-da AMB hərracda 50101870S nömrəli, 300 milyon manat həcmində, 28 gün tədavül müddətinə notlar təklif etmişdir.

15 investordan 996 650,1 min manat məbləğində 26 sifariş daxil olmuşdur. İnvestorlar notlar üçün 99,3812 manatdan (gəlirlilik 8,01%)  təklif etmişlər.

Mərkəzi Bankın qərarına əsasən,  kəsmə qiyməti 99,3812 manat (gəlirlilik 8,01%), orta ölçülmüş qiymət də eyni səviyyədə müəyyən edilmişdir.

Nəticədə 300 milyon manat həcmində qısamüddətli notlar yerləşdirilmişdir.

Notların ödəmə tarixi: 7 noyabr 2018-ci il.

 

Bütün xəbərlər