Azərbaycan neftinin qiyməti 1,35 dollar endi

10:33 - 11.10.2018


11 oktyabr, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  1,35 dollar (1,56%) enib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 85,14 dollar təşkil edir.

10 oktyabr   tarixində keçirilən ticarətin nəticəsində “NYMEX” birjasında  “WTI” markalı neftin noyabr fyuçersinin qiyməti  1,79 dollar (2,4%) enərək bir barelə 73,17 dollar təşkil etmişdir.

10 oktyabr   tarixində keçirilən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin dekabr fyuçersinin qiyməti  1,91 dollar (2,3%) enərək  bir barelə 83,09 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi hazırda 9,92 dollar təşkil edir.

 

Bütün xəbərlər