Mərkəzi Bankın depozit hərracında tələb təklifi 3 dəfə üstələdi

14:22 - 13.11.2017


13 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 13-də növbəti depozit hərracını keçirib.

AMB-nın məlumatında deyildiyi kimi, hərracda 200 milyon manat cəlb edilib.

“Bu zaman hərraca 790,1 mln. manat təklif edilmiş,  depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil etmişdir”, - məlumatda belə deyilir.

Beləliklə, depozit hərracında tələb təklifi 3 dəfə üstələdi.

 

Bütün xəbərlər