İlham Əliyev Bakıdan Rusiya sərhədinə qədər gedən yolun tikintisi ilə tanış olub

12:10 - 11.10.2018


11 oktyabr, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev və  birinci xanım Mehriban Əliyeva  Bakı-Quba-Rusiya sərhədi ödənişli avtomobil yolunda aparılan tikinti işlərinin gedişatı ilə tanış olublar.

Tağıyev qəsəbəsindən Bakı-Quba-Rusiya sərhədi ödənişli avtomobil yolunun 45 km-dən başlayan, 92 km uzunluğunda olan yol 1B texniki kateqoriyasına uyğun olaraq inşa edilir.

Dövlət başçısı Quba rayonuna səfəri çərçivəsində  33 km uzunluğunda, 11 qəsəbəni birləşdirən İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolunun da açılışında iştirak edib.

 

Bütün xəbərlər