İlin əvvəlindən Azərbaycanda sahibkarlara dövlət tərəfindən 117,3 milyon manat həcmində güzəştli kreditlər verilib

12:35 - 11.10.2018


11 oktyabr, Fineko/abc.az. Azərbaycan Respublikası İqtisadiyyat Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlara yeni qaydalar çərçivəsində güzəştli kreditlər verməyə davam edir.

İqtisadiyyat Nazirliyindən verilən  məlumata görə, yeni qaydalar kreditlər üzrə faiz dərəcəsinin 6%-dən 5%-ə  qədər azaldılmasını və maksimum kredit məbləğinin 1 milyon manata çatdırılmasını nəzərdə tutur.

“Artıq yeni qaydalarla müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlıq subyektlərinə 5,3 milyon manat güzəştli kredit verilib. Bu kreditlər əsasən, aqroparkın, müasir istixana və heyvandarlıq komplekslərinin yaradılmasına, tikinti materialları, mebel, çörək istehsalı, quşçuluq, bağçılıq, arıçılıq, əkinçilik və s. sahələrin inkişafına yönəldiləcək və 200-dən çox yeni iş yerlərinin yaradılmasına imkan verəcək”, - məlumatda belə deyilir.

Məlumatda bildirilir ki, ilin əvvəlindən  SKMF xətti ilə sahibkarlara cəmi 117,3 milyon manat kreditlər verilib ki, bunun nəticəsində 7700-dən çox yeni iş yerləri açılacaq.

 

Bütün xəbərlər