Dubay turistlərin səyahət etdiyi ən bahalı şəhər elan edilib

11.10.2018,13:05


11 oktyabr, Fineko/abc.az. Turistlər arasında ən bahalı şəhərlərin reytinqində Dubay birinci yeri tutub. Bu şəhərdə səyahətçilər  təxminən 537 dollar xərcləyirlər.

Bu məlumatı “Global Destination Cities Index”də “Mastercard” xəbər verir.

İkinci yerdə Parisdir (301 dollar), Sinqapur isə ilk üçlüyün (286 dollar) sonundadır. Beşliyə həmçinin  Seul (181 dollar) və Banqkok (173 dollar) daxildir.

Tokio (154 dollar), London (153 dollar) və Nyu York (147 dollar) ilk beşliyə yaxınlaşır.

Reytinqin tərtib edilməsi üçün “Mastercard” dünyanın 162 şəhərində xaricilərin ödəmələri barədə məlumatlardan istifadə edir.