Qubada məktəb tikintisi üçün 2 milyon manat ayrılıb

09:50 - 12.10.2018


12 oktyabr, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Qubanın Alekseyevka kəndində yeni ümumtəhsil məktəb binasının tikintisi üçün 2 milyon manatın ayrılması barədə sərəncam imzalayıb.

Dövlət başçısının sərəncamında deyildiyi kimi, bu məqsədlər üçün vəsaitlər 2018-ci il üçün dövlət büdcəsindən dövlət kapital qoyuluşları çərçivəsində ayrılacaq.

“Quba rayonunun Alekseyevka kəndində 960 şagird yerlik ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 2 milyon manat ayrılsın”, - sərəncamda belə deyilir.

Azərbaycan Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə 2019-cu il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmaq, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

Bütün xəbərlər