İlham Əliyev Qubada yaşayış binasının tikintisi üçün 3 milyon manat ayırıb

10:03 - 12.10.2018


12 oktyabr, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Quba şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında Sərəncam imzalayıb.

Sərəcama əsasən, Quba şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Quba Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılacaq.

Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək həvalə olunub.

 

Bütün xəbərlər