Azərbaycan prezidenti Quba rayonunda yol infrastrukturunun yaxşılaşdırılması üçün 10,5 milyon manat ayırıb

10:04 - 12.10.2018


12 oktyabr, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Qubada yol infrastrukturunun yaxşılaşdırılması haqqında sərəncam imzalayıb.

Dövlət başçısı Susay-Xınalıq avtomobil yolunun tikintisi haqqında sərəncam imzalayıb. Tikinti xərclərinə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7,5 milyon manat ayrılacaq.

Digər sərəncamla dövlət başçısı Quba–Qonaqkənd avtomobil yolunun tikintisi üçün Dövlət Agentliyinə daha 3 milyon manat ayırıb.

Bu işlərin maliyyələşdirilməsi üçün vəsaitlər, 2019-cu il üçün dövlət büdcəsi layihəsində nəzərdə tutulacaq.

 

Bütün xəbərlər