Azərbaycanda 2 154 614 abunəçi təbii qazla təmin olundu

10:53 - 12.10.2018


12 oktyabr, Fineko/abc.az. Yanvar-sentyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB 60 772 yeni abunəçini qeydiyyata alıb.

İB-nin məlumatında deyilir ki, onların 36 654-ü Bakı, Abşeron və Sumqayıt, 24 118-i isə regionlar üzrədir.

“Ümumilikdə, Azərbaycanda2 154 614 abunəçi təbii qazla təmin olunub”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər