Dövlət Gömrük Komitəsi 2018-ci ilin üçüncü rübündə dövlət büdcəsinə 2,6 milyard manat köçürüb

11:47 - 12.10.2018


12 oktyabr, Fineko/abc.az. Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) 2018-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə 2 600 374,5 min manat məbləğində vergi və rüsumlar ödəyib.

DGK -nin məlumatına görə, avqust ayında Azərbaycanın dövlət büdcəsinə 329,410,6 min manat köçürülmüşdür.

"Sentyabr ayında köçürmələr gömrük rüsumları üzrə 77431,1 min manat, ƏDV üzrə - 230674,7 min manat, aksiz vergiləri üzrə 18,201,9 min manat, yol vergisi üzrə 3102,9 min manat təşkil edib”, - DGK-nin məlumatında belə deyilir.

2018-ci ilin sentyabr ayında dövlət büdcəsinə 329,410,6 min manat, avqustda 329,805,5 min manat, iyul ayında 322161,5min manat, iyun ayında 293360,2 manat, may ayında 298054,8 manat, aprel ayında 300591,9 min manat, martda 281238,1 min manat, fevralda 219663,6 min manat, yanvarda isə 226088,3 min manat köçürülüb.

 

Bütün xəbərlər