Rövnəq Abdullayev Türkiyənin Energetika və Təbii Sərvətlər naziri ilə görüşdü

17:19 - 12.10.2018


12 oktyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fatih Dönmez ilə görüşüb.

SOCAR Türkiyə Enerji A.Ş. -in məlumatına əsasən,  R. Abdullayev Türkiyədə SOCAR layihələri və gələn həftə açılması planlaşdırılan STAR zavoduna dair ən son informasiyaya nazirin diqqətinə çatdırbı.

STAR neft emalı zavodunun açılışı oktyabrın 19-na planlaşdırılıb. Bunu, Türkiyənin “STAR Rafineri A.Ş.” şirkətinin baş direktoru Məsut İlter “Anadolu” agentliyinə bildirib.

 

Bütün xəbərlər