Azərbaycan Rusiyalıların ekskursiya istirahəti üzrə seçdikləri ölkələrin ilk üçlüyünə daxil oldu

15.10.2018,09:52


15 oktyabr, Fineko/abc.az. “TurStat” agentliyi, National Geographic Traveler Awards 2018 mükafatı uğrunda səsvermə üzrə Rusiya turistlərinin xaricdə turizm istiqamətləri üzrə nəticələrini təhlil etdi.

Agentliyin verdiyi məlumata görə, ən yaxşı turizm istiqamətləri uğrunda səsvermə National Geographic Rusiya saytında keçirilib.

“Səsvermənin nəticələrinə görə, Azərbaycan ekskursiya  turizmi üzrə ən populyar ölkələrin  üçlüyünə daxil olub. Çexiyanın “Ekskursiya istirahəti” nominasiyasında qazanılan səslər 25%, Fransa üzrə 22%, Azərbaycan üzrə 20%, Böyük Britaniya - 18%, Portuqaliya üzrə isə 15% təşkil edib”, - deyə məlumatda qeyd edilir.

Səsvermə nəticəsində Azərbaycan həmçinin İtaliya və Özbəkistanla birlikdə qastronomik turizm üzrə ilk üçlükdə yer alıb.