BP Azərbaycanda dövlət-özəl tərəfdaşlığını inkişaf etdirəcək

13:20 - 15.10.2018


15 oktyabr, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi  və BP Azərbaycan şirkəti arasında anlaşma memorandumu imzalanıb.

Memorandumu Mərkəzin icraçı direktoru Vüsal Qasımlı və BP Azərbaycanın xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıb.

Memorandumun məqsədi ölkənin iqtisadiyyatının davamlı inkişafına töhfə vermək, dövlət-özəl tərəfdaşlığın inkişaf potensialının gücləndirmək, sosial və davamlı inkişaf sahəsində məqsədlərə nail olmaq üçün  qarşılıqlı birgə layihələrin həyata keçirməkdir.

 

Bütün xəbərlər