Pensiya alanlar Azərbaycan əhalisinin 13,2%-ni təşkil edir

17:04 - 15.10.2018


15 oktyabr, Fineko/abc.az. Azərbaycanda orta aylıq pensiya 8,4% artıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 2018-ci il oktyabrın 1-nə olan vəziyyətə görə Azərbaycanda pensiyaçıların sayı 1,309 milyon nəfər təşkil edib.

“2018-ci ilin 1 oktyabr tarixinə ölkəmizdə pensiyaların orta aylıq məbləği  2017-ci ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artaraq 221,1 manata çatıb. O cümlədən, yaşa görə pensiyaların orta aylıq məbləği 9 faiz çoxalaraq 249,1 manat təşkil edib. Eyni zamanda, cari ilin 9 ayında pensiyaların maliyyələşməsinə ötən ilin müvafiq dövrünə nisbətən 7,6 faiz və ya 186,9 milyon manat çox vəsait yönəldilib”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, pensiya alanlar Azərbaycan əhalisinin 13,2%-ni təşkil edir.

 

Bütün xəbərlər