Azərbaycan neftinin qiyməti düşdü

09:53 - 17.10.2018


17 oktyabr, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  0,12 dollar (0,15%) enib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 81,69 dollar təşkil edir.

Keçən  ticarətin nəticəsində “NYMEX” birjasında  “WTI” markalı neftin noyabr fyuçersinin qiyməti  0,14  dollar  (0,2%) yüksələrək bir barelə 71,92 dollar təşkil etmişdir.

Keçən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin dekabr fyuçersinin qiyməti  0,63 dollar (0,78%) yüksələrək  bir barelə 81,41 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi hazırda 9,49 dollar təşkil edir.

 

Bütün xəbərlər