Beynəlxalq ödəniş sistemi Xalq Bankı mükafatlandırdı

10:39 - 17.10.2018


17 oktyabr, Fineko/abc.az. Xalq Bank Master Card beynəlxalq ödəniş sisteminin premium seqment plastik kartların sayını artıran üç bankdan biridir. Bununla bağlı Bank MasterCard tərəfindən sertifikatla təltif edilib.

Xatırladaq ki, 2017-сi ilin mart ayında Xalq Bank və MasterCard beynəxalq ödəniş sistemi Azərbaycanda ilk dəfə olaraq premium “World Mastercard Black Edition” kartını təqdim etmişdilər.

Xalq Bank 2011-ci ildən MasterCard beynəlxalq ödəniş sisteminin prinsipial üzvüdür. MC Debit, MC Standard, MC Business və MC Gold kartları Xalq Bankın istənilən filialında pulsuz təqdim edilir.

Xalq Bankın kartları haqda ətraflı məlumatı www.xalqbank.az saytında və ya 138 Məlumat Mərkəzinə zəng edib əldə etmək olar.

 


Bütün xəbərlər