Yağışla bağlı Bakıda yol hərəkətinin sürəti azaldıldı

17.10.2018,11:06


17 oktyabr, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) yağıntıların düşməsi ilə bağlı yollarda təhlükəsizliyi təmin etmək üçün tədbirlər görür.

BNA-nin məlumatında deyilir ki, təhlükəsizliyin təmin edilməsi üçün Heydər Əliyev prospekti - Hava limanı - Bilgəh və Zığ şossesi -  Hava limanı yollarında nəqliyyat vasitələrinin sürəti azaldılır.

“Bütün zolaqlarda hərəkət sürəti 20 km/saata endirilir”, -  BNA-dan belə deyildi.

 

Açar sözlər: BNA