“Atəşgah” şirkətlər qrupunun sığortaçıları 3 rübdə 70 milyon manat toplayıblar

12:28 - 17.10.2018


17 oktyabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən “Atəşgah”  sığorta şirkəti 2018-ci ilin yanvar-sentyabr aylarında apardığı fəaliyyətinin yekunlarını açıqlayıb.

“Atəşgah”ın məlumatında deyilir ki, qrupun şirkətləri 3 rübdə 70 milyon manat toplayıblar.

 “Atəşgah” Sığorta Şirkətinin cari ilin yanvar-sentyabr ayları üzrə sığorta haqlarının həcmi 2017-ci ilin eyni dövrü ilə müqayisədə 3,2% artaraq 28,6 mln. AZN təşkil etmişdir. Sığorta ödənişlərinin həcmi isə 26% artaraq 14,7 mln. AZN təşkil edib”, - məlumatda belə deyilir.  

Məlumatda bildirilir ki, hesabat dövründə “Atəşgah” SŞ ən çox tibbi sığorta və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası  növləri  üzrə ödəniş etmişdir. Şirkətin tibbi sığorta üzrə ödənişlərinin həcmi 66,5% artaraq 3,7 mln. AZN, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlərinin həcmi isə 11% artaraq 8,9 mln. AZN təşkil etmişdir.

“Atəşgah Həyat” Sığorta Şirkətinin  sığorta haqları isə 2017-ci ilin analoji dövrü ilə müqayisədə 66% artaraq 41,4 mln. AZN təşkil etmişdir”, - məlumatda belə deyilir.

 

 

Bütün xəbərlər