Dünya İqtisadi Forumu: Azərbaycan rəqabət qabiliyyətliliyi üzrə reytinqdə 69-cu yeri tutdu

12:49 - 17.10.2018


17 oktyabr, Fineko/abc.az. 2018-ci ildə Azərbaycan Dünya İqtisadi Forumunun (World Economic Forum, WEF) Qlobal Rəqabətlilik İndeksi üzrə 140 ölkənin arasında 69-cu yeri tutub.

Reytinqə görə, Azərbaycan “infrastruktur”, “təhsil və bacarıq”,  “biznesin dinamikliyi” göstəriciləri üzrə mövqeyini yaxşılaşdırıb. Əhalinin enerji təchizatının səviyyəsi baxımından ölkə birinci pillələrdə yerləşərək 100 bal toplayıb. “Ətraf mühitə təsir” və “inklüziv inkişaf” göstəricilərinə görə, ölkə lider mövqeyini qoruyub saxlamışdır.

Azərbaycan “biznesin dinamikliyi”  reytinqində 31-ci yeri tutub.

 

Bütün xəbərlər