14:32 - 17.10.2018
17 oktyabr, Fineko/abc.az. Azərbaycanda xarici reklam quraşdırılması siyasətində dəyişiklik elan edilib.
Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) məlumatında deyilir ki, Agentlik, beynəlxalq təcrübəni nəzərdən keçirərək, dünyanın qabaqcıl ölkələrində istifadə olunan yeni nəsil reklam konstruksiyalarının ölkəyə gətirilməsinə qərar verib. Həmin reklam konstruksiyaları şəhərin xarici görünüşünü yaxşılaşdırmaqla yanaşı, həmçinin xarici reklam bazarının inkişafını stimullaşdıracaq.
“Yeni reklam konstruksiyaları küləkli havaya dözümlü olmaqla yanaşı, onların led ekranları və şüşələri də istənilən iqlim şəraitinə davamlıdır”, - məlumatda belə deyilir.
Məlumatda qeyd edilir ki, hazırda Bakıda müasir standartlara cavab verməyən 1000 - dən çox ayrıca dayaqlı reklam daşıyıcısı var. Bunnla bağlı, sözügedən layihə mərhələlərlə davam etdiriləcək, paytaxtla yanaşı ölkənin bütün regionları da müasir reklam qurğuları ilə təchiz olunacaq.
“Ekspertlər hesab edirlər ki, Azərbaycanın əksər ərazilərində yerləşdiriləcək yeni konstruksiyalar açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarlar üçün daha cəlbedici olacaq və bu sahədə çalışan operatorlar arasında azad rəqabəti artıracaq”, - məlumatda belə deyilir.
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024