“Bank BTB” eManat terminallarında yeni növ ödəniş imkanları yaradıb

14:51 - 17.10.2018


17 oktyabr, Fineko/abc.az. “Bank BTB” eManat terminallarında ödənişlər üzrə funksiyaların genişləndirilməsini başa çatdırıb. 

Artıq eManat terminallarında müştərilərə depozitin və hesabın artırılması, karta mədaxil və hüquqi şəxslərin və sahibkarların hesabına mədaxil kimi yeni seçim imkanları təqdim olunub. Belə ki, müştəri kodu və doğum tarixini daxil etməklə həm mövcud depoziti artırmaq, hesabı artırmaq, həm də karta mədaxil etmək mümkündür. Hüquqi şəxslər və sahibkarların hesabına mədaxil bölməsində isə VÖEN nömrəsini daxil etməklə təqdim olunan seçimlər üzrə ödənişlər həyata keçirilə bilər.

Xatırladaq ki, bundan əvvəl “Bank BTB”nin müştəriləri eManat terminallarında yalnız kredit ödənişi və sifarişi həyata keçirirdilər.

Qeyd edək ki, bank xidmətləri haqqında ətraflı məlumat üçün Məlumat Mərkəzinə (012 946) zəng edə və ya www.btb.az internet ünvanına və ya bankın Facebook səhifəsinə (www.facebook.com/bankbtb) daxil ola bilərsiniz.


Bütün xəbərlər