ARDNŞ istiqrazlar üzrə növbəti ödənişləri həyata keçirib

16:13 - 17.10.2018


17 oktyabr, Fineko/abc.az. Bu gün daxili bazar üçün buraxılmış ARDNŞ istiqrazları üzrə növbəti faiz ödənişləri həyata  keçirib.

“SOCAR Capital” şirkətindən xəbər verildi ki, istiqrazların sahiblərinə hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə, 1 milyon 250 min dollar vəsait ödənilib

“Məbləğlər Mərkəzi Bankın Milli Depozit Mərkəzinin (MDM) hesabına faiz ödənildikdən bir həftə əvvəl köçürülmüş və bu gün ARDNŞ istiqraz sahiblərinin hesablarına köçürülmüşdür. Bu, ARDNŞ istiqrazları üzrə səkkizinci faiz ödənişidir”, - məlumatda  belə deyilir.

Məlumatda deyilir ki, ilkin bazarda tələb emissiya həcmindən 2 dəfə artıq olub, təkrar bazarda isə alğı-satqı həcmi artıq 170 milyon dollara yaxınlaşır. 

Nominal dəyəri 1 min dollar olan istiqrazların illik həcmi 5% təşkil edir. Faiz hər 3 aydan bir ödənilir.

2017-ci ilin noyabr ayından etibarən istiqrazlarla REPO əməliyyatları da həyata keçirmək mümkündür. REPO əməliyyatları SOCAR İstiqrazları sahiblərinə öz qiymətli kağızlarını girov qoyaraq, aşağı faizlə qısamüddətli kredit götürmək imkanı verir. Hal-hazırda SOCAR İstiqrazları ilə REPO əməliyyatlarının həcmi 28 milyon dollar təşkil edir.

 

Bütün xəbərlər