Azərbaycan Turizm Assosiasiyası ilə Malayziya Turizm Agentlikləri Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı

17:35 - 17.10.2018


17 oktyabr, Fineko/abc.az. Azərbaycan Turizm Assosiasiyası (AZTA) ilə Malayziya Turizm Agentlikləri Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

AZTA-nın məlumatında deyilir ki, memorandum Kuala-Lumpur şəhərində imzalanıb.

“Memorandumu Assosiasiyaların rəhbərləri Nahid Bağırov və Akil Yusof imzalayıblar”, - məlumatda belə deyilir.

Memorandum, Assosiasiyanın üzvləri, ictimaiyyət, Azərbaycanın Malayziyada səfirliyinin nümayəndələri və digər rəsmilərin iştirak etdikləri “Turizm sahəsində Azərbaycan-Malayziya Əməkdaşlığı Proqramı” konfransı çərçivəsində imzalanıb.

 

Bütün xəbərlər