Mərkəzi Bank 250 milyon manat həcmində qısamüddətli notlar yerləşdirdi

09:30 - 18.10.2018


18 oktyabr, Fineko/abc.az. Dünən  Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirdi.

BFB-in məlumatında deyilir ki, 17 oktyabr  tarixində AMB 50101970S dövlət nömrəli, 250 milyon manat həcmində, 28 gün müddətinə qısamüddətli notlar təklif etmişdir.

15 investordan 845 477,3 min manat məbləğində 23 sifariş daxil olmuşdur. İnvestorlar notlar üçün 99,3812 manat (gəlirlilik 8,01%) təklif etmişlər.

Mərkəzi Bankın qərarına əsasən,  kəsmə qiyməti 99,3812 manat (gəlirlilik 8,01%), orta ölçülmüş qiymət də həmin səviyyədə müəyyən edilmişdir. Nəticədə 250 milyon manat həcmində qısamüddətli notlar yerləşdirilmişdir.

Notların ödəmə tarixi: 14 noyabr  2018-ci il.

 

Bütün xəbərlər