Azərbaycan nefti ucuzlaşıb

09:45 - 18.10.2018


18 oktyabr, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  0,84 dollar (1,03%) enib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 80,85 dollar təşkil edir.

Keçən  ticarətin nəticəsində “NYMEX” birjasında  “WTI” markalı neftin noyabr fyuçersinin qiyməti  2,17 dollar (3,02%) enərək bir barelə 69,75 dollar təşkil etmişdir.

Keçən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin dekabr fyuçersinin qiyməti  1,36 dollar (1,67%) enərək bir barelə 80,05 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi hazırda 10,03 dollar təşkil edir.

 

Bütün xəbərlər