Azərbaycan bu gün yeni turizm brendini təqdim edir

11:01 - 18.10.2018


18 oktyabr, Fineko/abc.az. Bakıda yeni turizm brendinin təqdimatı keçirilir.

Təqdimat zamanı Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev bildirib ki, turizm brendinin hazırlanmasının əsas məqsədi Azərbaycanda turizmin inkişafında yeni mərhələyə keçməkdir.

“Aparıcı ekspertlərin iştirakı ilə bu sahədə Azərbaycanın yeni turizm brendi hazırlanmışdır. Hesab edirəm ki, yeni brend turizmə baxışın dəyişilməsini və yeni inkişaf mərhələsinə keçid üçün zəmin yaradacaq. Turizm infrastrukturunun inkişafı, yeni turizm marşrutları və məhsullarının yaradılması, turizmin inkişafı üçün prioritet sahələrdən biri olan insan resurslarının inkişafı üçün beynəlxalq ekspertlər dəvət olunacaq”, - deyə F.Nağıyev bildirib.

Onun sözlərinə görə, yerli əhalinin turistlərə olan reaksiyası da vacibdir.

“Buna görə də biz, vətəndaşlarımızı qonaqpərvər və tolerant olmağa çağırırıq”, -  deyə F.Nağıyev bildirib.

Brendin beynəlxalq səviyyədə təqdimatı noyabr ayında Londonda keçiriləcək.

 

Bütün xəbərlər