Azərbaycan 2023-cü ilədək turizm inkişafı strategiyasını müəyyənləşdirdi

18.10.2018,12:23


18 oktyabr, Fineko/abc.az. Azərbaycanda 2023-cü ilə qədər turizmin inkişafı strategiyası təsdiq edilib.

Strategiya təqdimatı bu gün Milli Turizm Mərkəzində Azərbaycanın Turizm Bürosunun İcraçı Direktoru, Turizm üzrə Dövlət Agentliyinin Baş Məsləhətçisi Florian Zenqqstşmid tərəfindən təqdim edildi.

Strategiya Azərbaycanın dünyanın ən cazibədar ölkələrindən birinə çevrilməsini və  turizmin 9 əsas istiqamətinin həyata keçirilməsini nəzərdə tutur.

“Bunlar turizm siyasəti, turizm sektorunun inkişafı və araşdırılması, innovativ texnologiyaların tətbiqi, hüquqi çərçivələr və vergilər, infrastrukturun inkişafı, dövlət-özəl əməkdaşlıq və turizm təcrübələrinin tətbiq edilməsi, brend, marketinq və kommunikasiya, təhsil və turizm tədrisi kimi fəaliyyət istiqamətləridir”, - deyə mütəxəssis bildirib.

Onun sözlərinə görə, strategiyada nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ölkəyə turist axınının artmasına imkan verəcək.