Azərbaycan dünyaya xüsusi turizm məhsulları təqdim edəcək

13:23 - 18.10.2018


18 oktyabr, Fineko/abc.az. Bu gün Bakıda Milli Turizm Sammiti çərçivəsində 2023-cü ilədək Turizm İnkişafı Strategiyasının təqdimatı keçirildi.

Azərbaycan Turizm Bürosunun İcraçı Direktoru, Turizm üzrə Dövlət Agentliyinin Baş Məsləhətçisi Florian Zenqqstşmid  bildirib ki, strategiyanın hazırlanması Türkiyə və Gürcüstan təcrübələrinə əsaslanır.

“Lakin qeyd etmək istərdim ki, qlobal rəqabət şəraitində biz yeni səviyyəyə çıxmaq və Azərbaycanın turistlərə təklif edə biləcək xüsusi turizm məhsullarını dünyaya təqdim etmək niyyətindəyik”, - deyə mütəxəssis bildirib.

 

Bütün xəbərlər