Azərbaycanın Dövlət Turizm Agentliyi xaricə ekspansiya edəcək

13:24 - 18.10.2018


18 oktyabr, Fineko/abc.az. Azərbaycanın Dövlət Turizm Agentliyi öz fəaliyyətlərini ölkədən kənarda genişləndirmək niyyətindədir.

Azərbaycan Turizm Bürosunun İcraçı Direktoru, Turizm üzrə Dövlət Agentliyinin Baş Məsləhətçisi Florian Zenqstşmid  bildirib ki, agentliyin nümayəndəlikləri dünyanın altı ölkəsində yaradılacaq.

“Dövlət agentliyinin nümayəndəlikləri Rusiya, Hindistan, Almaniya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Çində açılacaq”, - bunu Florian Zenqstşmid  deyib.

Onun sözlərinə görə, hazırda agentliyin fəaliyyəti dövlət tərəfindən ayrılan və əsasən Azərbaycanın turizm potensialının dünya miqyasında təbliğinə yönəldilmiş vəsaiti hesabına maliyyələşdirilir.

 

 

Bütün xəbərlər