“Landor” agentliyi Azərbaycanda yeni turizm brendini hazırlayarkən nəyi bildirmək istəyib?

14:15 - 18.10.2018


18 oktyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Turizm Agentliyi bu gün yeni turizm brendini (loqo) və şüarını təqdim edib.

Agentliyin sözlərinə görə, Azərbaycan üçün yeni brend, “Landor” beynəlxalq brendinq agentliyi tərəfindən hazırlanmışdır.

Yeni turizm loqosu "A" (Azərbaycan) hərfi şəklindədir, forması isə brendin mənasını bildirir. Loqo daim yenilənəcək və təqdim olunan platformaya uyğunlaşdırılacaq.

Brendin "Take another look" (“Yenidən nəzər yetir”) şüarı, təsvirin mahiyyətini və əsas devizini daha ətraflı anlamaq üçün loqotipə təkrar və diqqətli baxışı nəzərdə tutur.

Brendin  təqdimatı Londonda,  “London WTM”  beynəlxalq sərgisində noyabr ayında keçiriləcək.

 

Bütün xəbərlər