“Hesab.az-la LiderSən” proqramı çərçivəsində ADA Universitetində seminar keçirilib

18.10.2018,15:35


18 oktyabr, Fineko/abc.az.  "Hesab.az-la LiderSən" proqramı çərçivəsində Hesab.az portalının Məhsulların inkişafı və Marketinq üzrə baş direktor, İdarə heyətinin üzvü Tuğba Uçar ADA Universiteti tələbələri ilə Stressin idarə olunması mövzusunda seminar keçirmişdir.

 Seminarda Tuğba xanım gənclərin təhsil həyatında, gələcək karyeralarında qarşılaşacaqları çətinliklər və stress zamanı necə davranmalı olduqları haqqında danışıb. Öz təcrübələrini seminar iştirakçıları ilə bölüşərkən onlara yaşadığı stress və gərginlik zamanı nə etdiyini, hansı üsulla bütün bunlardan azad olduğunu izah edib. Gənclərin suallarını cavablandıran Tuğba xanım onlara dəyərli məsləhətlər verib. Seminara olduqca böyük maraq oldu və iştirakçılar yüksək əhval ruhiyyə ilə ayrıldılar.

 Seminarın məqsədi gənclərlə Goldenpay şirkətinin illərlə əldə etdiyi təcrübələri bölüşmək, onlara real iş həyatında qarşılaşacaqları problemlərə qarşı necə davranmalı, hansı üsullarla stressdən daha rahat azad olmaları yollarını öyrətməkdir. Azərbaycanın ən böyük online ödəmə portalı olan Hesab.az bazarda həmişəki kimi liderliyini qoruyub saxladığına görə gənclərə lider ola bilmək üçün nələr gərəklidir və hansı xüsusiyyətlərə sahib olmaq lazımdır deyə təqdirəlayiq "Hesab.az-la LiderSən" proqramını təşkil etdi.

 Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

Açar sözlər: Hesab az GoldenPay