Bank BTB üçüncü rübü 2,1 milyon manat mənfəətlə yekunlaşdırdı

18.10.2018,16:45


18 oktyabr, Fineko/abc.az.  Azərbaycanın “Bank BTB” bankı üç rübün fəaliyyəti üzrə yekunları açıqladı.

Bankın məlumatında deyilir ki, aktivlərinin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə 21,44% artaraq 302,776 milyon manat təşkil edib.

“Hesabat dövründə bankın xalis kredit portfeli 36,4% artaraq 169,299 milyon manat olub,

depozit portfeli  69,2% artaraq 88,304 milyon manat, bankın cəmi öhdəliklərinin həcmi 246,188 milyon manat təşkil edib”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, bankın  nizamnamə kapitalı bir il ərzində 28% artaraq 66,450 milyon manata, məcmu kapitalı isə 6% artaraq 56,291 milyon manata bərabər olub.

Hesabat dövrünün sonuna bankın gəlirləri 18,490 milyon manat, xərcləri isə 17,400 milyon manat təşkil edib. “Bank BTB” bu ilin III rübünə 2 milyon 182 min manat xalis mənfəətlə yekun vurub.

 

Açar sözlər: Bank BTB