Azərbaycanda aviasiya sığortasında ixtisaslaşdırılan yeganə şirkətin təkrarsığorta lisenziyası ləğv edilib

17:06 - 18.10.2018


18 oktyabr, Fineko/abc.az. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyəti sığorta bazarının iştirakçılarının lisenziyalaşdırılması məsələsinə baxıb.

MBNP-in məlumatında deyilir ki, İdarə Heyətinin qərarı ilə, 2 sığorta şirkətinin və 13 nəfər sığorta agentinin lisenziyaları ləğv edilib, 8 nəfərə isə yeni lisenziyalar verilib.

“İpək Yolu Sığorta”  ASC və “Azərbaycan Sənaye Sığorta” ASC təkrarsığorta xidmətlərinin ləğv edilməsi üçün Palataya könüllü qaydada  müraciət edib”, - məlumatda belə deyilir.

“İpək Yolu Sığorta” (Silk Way Insurance) şirkəti, aviasiya sığortasında ixtisaslaşdırılan yeganə şirkətdir. “Azərbaycan Sənaye Sığorta” şirkəti  “Azersun Holding” qrupuna daxildir.

Könüllü müraciətin səbəbləri göstərilməyib.

 

Bütün xəbərlər