İqtisadiyyat Nazirliyi Azərbaycanda mənzil münasibətlərinin hüquqi tənzimlənməsini keçirəcək

19.10.2018,11:46


19 oktyabr, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev “İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” fərmana düzəlişləri təsdiqləyib.

Düzəlişlər, Mənzil Məcəlləsinə edilən düzəlişlərin tətbiqi ilə bağlı edilib və quruma Məcəllənin tələblərinə riayət edilməsinə nəzarətin həyata keçirilməsini nəzərdə tutur.

Xüsusilə, nazirlik, sahə mülkiyyətçiləri  ilə müqavilələr bağlanılmasını tələb etmək, mənzil münasibətlərinin iştirakçılarından məlumatlar almaq, onları təhlil etmək, habelə mənzil qanunvericiliyinə riayət edilməsi üçün lazımi tədbirlər görmək hüququ almışdır.

 

Açar sözlər: mənzil münasibətləri