İlham Əliyev: Azərbaycan “Star” zavodunun inşasına 6,3 milyard dollar sərmayə qoyub, gələcəkdə isə daha 700 milyon dollar sərmayə qoyacaq

19.10.2018,17:27


19 oktyabr, Fineko/abc.az. Bu gün İzmir şəhərində “Star” neft emalı zavodunun rəsmi açılışı keçirilir.

Açılış zamanı Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, birgə layihələrin həyata keçirilməsi Türkiyə və Azərbaycan liderlərinin güclü iqtisadi iradəsinin nəticəsidir.

“Birgə iri layihələrin həyata keçirilməsi nəticəsində Azərbaycan və Türkiyə Avrasiya yeni nəqliyyat və enerji xəritəsi altında imza qoydular. Yalnız ölkələrimiz üçün deyil, həm də region, dünya üçün vacib olan bütün bu işləri biz birgə yerinə yetiririk”, - İlham Əliyev belə deyib.

Onun sözlərinə görə, Azərbaycan "Star" zavodunun tikintisi üçün 6,3 milyard dollar sərmayə qoyub, gələcəkdə isə 700 milyon dollar sərmayə qoyacaq. Bu, ölkənin sərhədlərindən kənarda yatırılan ən böyük sərmayədir. Yalnız Əliağa ərazisinə biz təxminən 10 milyard dollar sərmayə qoymuşuq və gələcəkdə bu məbləğ artırılacaq”, - deyə Azərbaycan Prezidenti bildirib.