AMB 200 milyon manatlıq qısamüddətli notlar yerləşdirəcək

09:49 - 23.10.2018


23 oktyabr, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-nin məlumatında deyilir ki, 24 oktyabr 2018-ci il tarixində 50100172S dövlət nömrəli qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Qısamüddətli notlar 200 milyon manat həcmində təqdim ediləcək, hər notun nominal dəyəri 100 manat təşkil edəcək. Notların tədavül müddəti 28 gündür”, - BFB-nin məlumatında belə deyilir.

 

Bütün xəbərlər