Bu yolda rənglənmə işləri aparılacaq

11:54 - 23.10.2018


23 oktyabr, Fineko/abc.az.  Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Heydər Əliyev prospektində yerləşən "Atletlər kəndi" (Nəqliyyat Agentliyi qarşısında) üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Bütün xəbərlər