Bakıda “BakuBuild Azerbaijan” sərgisi açılıb

23.10.2018,12:33


23 oktyabr, Fineko/abc.az.  Oktyabrın 23-də XXIV Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild Azerbaijan” sərgisi açılıb. Sərgidə dünyanın 22 ölkəsindən 301 şirkət iştirak edir.

Sərginin açılış mərasimində çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Son illər respublikada 100-lərlə mühüm obyekt və sənaye müəssisələri yaradılıb, ixracın həcmi yüksəlib.

Nazir müavini hər il Bakıda keçirilən inşaat sərgisinin mühüm əhəmiyyətini qeyd edərək, sözügedən sərginin həm də respublikamızda bu sahəyə olan diqqətin bariz nümunə olduğunu vurğulayıb.

Sərgi oktyabrın 26-dək davam edəcək.