Bugünkü hərracda 19 dövlət əmlakı özəlləşdirilib

12:50 - 23.10.2018


23 oktyabr, Fineko/abc.az. 23 oktyabrda baş tutan hərracda ümumilikdə 19 dövlət əmlakı özəlləşdirildi. Onlardan 5-i kiçik dövlət müəssisə və obyekti, 8-i qeyri-yaşayış, 1-i yarımçıq tikili, 5-i isə nəqliyyat vasitəsidir.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 30 oktyabr tarixində keçiriləcək. Ayın son hərracına ümumilikdə 130 dövlət əmlakı çıxarılıb. Onlardan 79-u kiçik dövlət müəssisə və obyekti, 23-ü qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 8-i isə nəqliyyat vasitəsidir.Hərracda iştirak üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcudvəziyyətibarədəfotoşəkillərvəmətnməlumatları var. İstənilən şəxs prosesdə həm iştirakçı qismində qatıla, həmdə ziyarətçi olaraq hərrac gedişini canlı izləyə bilər.

Bütün xəbərlər