Azərbaycanın ÜDM-i 2019-cu ildə təxminən 82 milyard manata qədər artacaq

16:17 - 23.10.2018


23 oktyabr, Fineko/abc.az. 2019-cu ildə Azərbaycanın ümumi daxili məhsulu 3,6% illik artımla 81,9 milyard manat təşkil edəcək.

2019-cu il üçün büdcə paketi layihəsinə əsasən, qeyri-neft ÜDM-i gələn ildə 3,9% artaraq 50,5 milyard manat təşkil edəcək.

“2019-ci ildə ümumi kapitala qoyulan investisiyaların həcmi 2,2% artaraq 17,9 milyard manat təşkil edəcək, onlardan 58,2%-i daxili investisiyalar, 41,8%-i isə xarici investisiyalar olacaq”, - sənəddə belə deyilir.

Növbəti  üç ildə milli valyutanın dollar ekvivalentində dəyəri 1,7 manat olacaq.

 

Bütün xəbərlər