Maliyyə Nazirliyi 30 milyon manat həcmində DOİ yerləşdirdi

09:33 - 24.10.2018


24 oktyabr, Fineko/abc.az. Ötən gün Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət ortamüddətli istiqrazların (DOİ) satışını həyata keçirib. 

BFB xəbər verir ki, oktyabrın 23-də  AZ0106016691 nömrəli, 30 milyon manat həcmində və tədavül müddəti 1092 gün olan DOİ buraxılışı yerləşdirilib. 

5 investordan  43 961,9 min manat məbləğində 8 sifariş daxil olmuşdur. Sifarişlər bir istiqraza 92,6240 AZN-dən (gəlirlik 12,0000%)  100,0515 AZN-ə (8,9800%) qədər qiymət intervalında təklif edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən, kəsmə qiyməti 100,0515 AZN (gəlirlik 8,9800%), orta ölçülmüş qiymət də eyni səviyyədə müəyyən edilmişdir.

Nəticədə 30 milyon manatlıq DOİ yerləşdirilib.

DOİ-nin ödəmə tarixi: 19 oktyabr 2021-ci il.

 

Bütün xəbərlər