Prezident İlham Əliyev VI Bakı Beynəlxalq Humanitar Forumun açılışında iştirak edib

13:07 - 25.10.2018


25 oktyabr, Fineko/abc.az. Bu gün  Heydər Əliyev Mərkəzində VI Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak edirlər.

“Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən VI Beynəlxalq Humanitar Forumda 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə iştirak edir.

Dövlət başçısı Forumun açılışında nitq söyləyib.

2010-cu ildən təşkil olunan Forumun təşəbbüsçüləri Azərbaycan və Rusiya prezidentləridir.

 

Bütün xəbərlər